Ana Səhifə Axtarış Qalereya Video Müəlliflər
Kateqoriyalar
Xidmətlər
WhatsApp
Sosial Media
Tətbiqimizi Yükləyin

Rəsmi açıqlama gəldi: Instagram, Facebook və WhatsApp üçün ödənişli dövr başlayır

Meta şirkəti sosial media bazarında yeni mərhələyə hazırlaşır. Rəsmi açıqlamaya görə, Instagram, Facebook və WhatsApp platformaları üçün ödənişli abunəlik modelləri yaxın aylarda sınaqdan keçiriləcək.

Meta şirkəti sosial media bazarında yeni mərhələyə hazırlaşır. Rəsmi açıqlamaya

Meta sosial media platformaları üçün yeni monetizasiya strategiyasını rəsmən elan edib. Şirkət Instagram, Facebook və WhatsApp üçün premium abunəlik paketlərini test mərhələsinə çıxarmağa hazırlaşır. TechCrunch tərəfindən təsdiqlənən məlumata görə, bu addım istifadəçilərə paylaşım, qarşılıqlı əlaqə və məxfilik üzərində daha geniş nəzarət imkanı yaratmağı hədəfləyir.

Meta nümayəndələrinin bildirdiyinə görə, yeni sistem vahid paket şəklində deyil, hər platforma üçün ayrıca hazırlanacaq. Bu yanaşma istifadəçi davranışlarına uyğun fərqli funksiyaların təqdim edilməsini nəzərdə tutur.

Instagram üçün planlaşdırılan əsas yeniliklər:
– Limitsiz izləyici və auditoriya siyahısı yaratmaq
– Paylaşımları izləyən, lakin hesabı izləməyən istifadəçiləri görmək
– Hekayələri qarşı tərəfə bildiriş getmədən izləmək

Yapay zəka mərkəzi rol oynayacaq
Meta-nın strategiyasında süni intellekt əsas prioritetlərdən biri olacaq. Şirkət daha əvvəl 2 milyard dollara satın aldığı “Manus” adlı süni intellekt agentini Instagram, Facebook və WhatsApp-a inteqrasiya etməyi planlaşdırır. Bu texnologiya həm fərdi istifadəçilər, həm də biznes hesabları üçün ayrıca abunəlik modelləri çərçivəsində təqdim olunacaq.

Bununla yanaşı, Meta “Vibes” adlı süni intellekt dəstəkli video istehsal aləti üçün freemium modeli sınaqdan keçirəcək. Pulsuz istifadə məhdud imkanlarla mümkün olacaq, əlavə video istehsalı üçün isə aylıq ödəniş tələb ediləcək.

Meta Verified-dən fərqli sistem
Şirkət vurğulayır ki, bu yeni premium abunəliklər Meta Verified paketlərindən tamamilə ayrı olacaq. Hazırda doğrulanmış rozet və dəstək xidmətləri təqdim edən Meta Verified istifadəçilərindən toplanan rəylər analiz edilərək, daha geniş auditoriyaya xitab edən yeni modellər formalaşdırılacaq.

Xarici texnologiya analitiklərinin fikrincə, Meta-nın bu addımı sosial media sektorunda ödənişli xidmətlərin yayılmasını sürətləndirə və istifadəçi vərdişlərində ciddi dəyişikliklərə səbəb ola bilər.