Ana Səhifə Axtarış Qalereya Video Müəlliflər
Kateqoriyalar
Xidmətlər
WhatsApp
Sosial Media
Tətbiqimizi Yükləyin

Qızıl bazarında sərt addım: 100 qramdan çoxuna məhdudiyyət tətbiq olunur

Rusiyada qızıl bazarı ilə bağlı mühüm qərar hazırlanır. Rəsmi açıqlamaya görə, fərdi şəxslərin ölkə xaricinə çıxara biləcəyi külçə qızılın miqdarı 100 qramla məhdudlaşdırıla bilər.

Rusiyada qızıl bazarı ilə bağlı mühüm qərar hazırlanır. Rəsmi açıqlamaya

Qlobal qızıl bazarlarında qeyri-sabitlik fonunda Rusiya hökuməti daxili ehtiyatları qorumaq məqsədilə yeni məhdudiyyətlərə hazırlaşır. Rusiyanın maliyyə dairələrindən verilən məlumata görə, ölkədən fiziki şəxslər tərəfindən aparıla bilən külçə qızılın həcminə 100 qramlıq limit qoyulması təklif edilib.

Rusya Maliyyə Nazirinin müavini Aleksey Moiseyev açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı hökumətə rəsmi təklif təqdim olunub. Onun sözlərinə görə, əsas məqsəd daxili bazarda qızıl ehtiyatlarının azalmasının qarşısını almaq və qeyri-qanuni ixrac risklərini minimuma endirməkdir.

Xarici iqtisadi nəşrlər yazır ki, son aylarda Rusiyada qızıla tələbat kəskin artıb. Xüsusilə fiziki qızıl alışı və onun xaricə çıxarılması maliyyə qurumlarının diqqət mərkəzinə düşüb. Analitiklər hesab edirlər ki, bu addım həm kapital axınının qarşısını almağa, həm də strateji metal ehtiyatlarını qorumağa yönəlib.

Təklifin qəbul ediləcəyi təqdirdə, 100 qramdan artıq külçə qızılın ölkə xaricinə çıxarılması yalnız xüsusi icazə ilə mümkün olacaq. Beynəlxalq maliyyə ekspertlərinin fikrincə, bu qərar regional qızıl bazarına da təsir göstərə və qiymətlərin qısamüddətli dəyişkənliyinə səbəb ola bilər.

Rusiya hökumətinin yaxın günlərdə məsələ ilə bağlı yekun qərar verməsi gözlənilir. Qərarın qüvvəyə minəcəyi tarix və tətbiq mexanizmləri rəsmi açıqlamalardan sonra məlum olacaq.