Ana Səhifə Axtarış Qalereya Video Müəlliflər
Kateqoriyalar
Xidmətlər
WhatsApp
Sosial Media
Tətbiqimizi Yükləyin
Hüseyin Sungur
Hüseyin Sungur

Uçurum qapılar

Gecələrin könlündə

Unudulmuş bir ürək qanayarmış,
Qanayan ürəklər
Ürkək bildirçinlər kimi
Meşələrə — budaqla yarpağa,
Üfüqə açılan sulara qaçar,
Bir anda da gülə dönərmiş.

Görmədiyim və gözlənilməz
Şəhərlərin birində,
Çiçəklərdən arta qalan
Qanadlarıyla zamanın
Göylərə açılan pillələrinə
Heç amma heç təəccüblənmədim.

Ulduz-ulduz sayarkən
İçimdən keçənləri,
Ağlımın tərtəmiz libası
Çıxıb gəldi qarşıma…

Mən gedirəm… Başdan bulanıq
Bir ağıl guya bir ömür
Yapışıb düşüb arxamca,
Kiçilə-kiçilə gedir,
Gecələrin könlündə “idarə lampaları”…

Sayğın, 2025 sentyabr

ŞƏRHLƏR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 1 =

MÜƏLLİFLƏR
HAMISI

SON XƏBƏRLƏR