Ana Səhifə Axtarış Qalereya Video Müəlliflər
Kateqoriyalar
Xidmətlər
WhatsApp
Sosial Media
Tətbiqimizi Yükləyin

Prezident İlham Əliyev Davosda ABŞ Prezidenti Donald Trampla görüş keçirdi

Yanvarın 22-də Davosda Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş baş tutub. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, regional sülh prosesi və strateji əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Yanvarın 22-də Davosda Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü olub. Tərəflər Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra Azərbaycan–ABŞ münasibətlərinin müxtəlif sahələr üzrə inkişafından məmnunluq ifadə ediblər.

Görüş zamanı ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunan razılaşmalarda Prezident Donald Trampın tarixi rolunun xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Bu razılaşmaların regionda gərginliyin azalmasına mühüm töhfə verdiyi qeyd olunub.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə məlumat verib. Dövlətimizin başçısı regionda artıq sülh mühitinin formalaşdığını diqqətə çatdıraraq bunun iki ölkə arasında ticarət münasibətlərində də öz əksini tapdığını bildirib. Bu çərçivədə Azərbaycandan Ermənistana neft məhsullarının ixrac edildiyi, həmçinin idxal olunan taxılın Azərbaycan üzərindən Ermənistana çatdırıldığı qeyd olunub.

Dövlətimizin başçısı Zəngəzur dəhlizinin və TRIPP layihəsinin regional bağlantıların gücləndirilməsi baxımından strateji əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu layihələr Cənubi Qafqazın nəqliyyat və logistika xəritəsində mühüm rol oynayır.

Görüşdə ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə də toxunulub. Bu qurumun Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi və qlobal münaqişələrin həllinə töhfə vermək baxımından mühüm platforma olduğu qeyd edilib. Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması Azərbaycan–ABŞ strateji tərəfdaşlığının göstəricisi və ölkəmizin beynəlxalq sülh təşəbbüslərində oynadığı rolun təzahürü kimi qiymətləndirilib.

Söhbət əsnasında dövlət başçıları ikitərəfli əlaqələrin gələcək perspektivləri barədə də fikir mübadiləsi aparıblar. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və siyasi təmasların münasibətlərin daha da dərinləşdirilməsində mühüm rol oynadığı vurğulanıb.