Ana Səhifə Axtarış Qalereya Video Müəlliflər
Kateqoriyalar
Xidmətlər
WhatsApp
Sosial Media
Tətbiqimizi Yükləyin

İddia gündəmdə: ABŞ İran’a bazar səhəri hücum edəcək!

ABŞ ilə İran arasında artan gərginlik fonunda beynəlxalq mediada səs-küylü iddia yayılıb. Məlumatlara görə, Vaşinqtonun bazar səhəri İrana hərbi zərbə endirə biləcəyi irəli sürülür.

ABŞ ilə İran arasında artan gərginlik fonunda beynəlxalq mediada səs-küylü

ABŞ və İran arasında münasibətlər yenidən kritik mərhələyə daxil olub. Xarici media orqanlarının yazdığına görə, ABŞ Prezidenti Donald Tramp İran istiqamətində böyük hərbi donanmanın hərəkətə keçdiyini açıqlayıb və Tehrana danışıqlar üçün son tarix verdiyini bildirib. Trampın sözlərinə görə, bölgəyə göndərilən bu hərbi qüvvə əvvəlki illərdə Venesuelaya yönəldilən donanmadan daha böyükdür.

ABŞ mətbuatı isə İranın Vaşinqtonun irəli sürdüyü şərtləri qəbul etmədiyini və bunun iki ölkə arasında gərginliyi daha da artırdığını yazır. Xüsusilə nüvə proqramı və regional təsir məsələləri ətrafında fikir ayrılıqlarının dərinləşdiyi qeyd olunur.

Qətərdə yerləşən və Yaxın Şərq məsələləri üzrə nüfuzlu mənbə hesab edilən “Al Jazeera”nin yaydığı məlumatda isə diqqətçəkən iddia yer alıb. Bildirilir ki, ABŞ-ın bazar səhəri İrana qarşı məhdudmiqyaslı hərbi əməliyyat həyata keçirə biləcəyi ehtimalı müzakirə olunur. Hələlik bu iddia rəsmi Vaşinqton tərəfindən təsdiqlənməyib.

İran tərəfi isə ABŞ-ın hərbi təzyiqlərinə sərt cavab verəcəyini bəyan edib. Tehran rəsmiləri bildirir ki, ölkənin təhlükəsizliyi və suverenliyi ilə bağlı hər hansı təhdid cavabsız qalmayacaq. Beynəlxalq analitiklər hesab edirlər ki, mümkün hücum regionda genişmiqyaslı gərginliyə və qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb ola bilər.

Diplomatik mənbələr paralel olaraq vasitəçilik səylərinin davam etdiyini, bəzi ölkələrin tərəfləri açıq toqquşmadan çəkindirməyə çalışdığını bildirir. Lakin mövcud vəziyyət ABŞ–İran münasibətlərinin son illərin ən həssas dövrünü yaşadığını göstərir.