Ana Səhifə Axtarış Qalereya Video Müəlliflər
Kateqoriyalar
Xidmətlər
WhatsApp
Sosial Media
Tətbiqimizi Yükləyin

Tehran üçün “son” xəbərdarlıq: ABŞ-dan sonra Çin də hərəkətə keçdi – “Dərhal tərk edin”

Ummanda keçiriləcək kritik zirvə ərəfəsində İranla bağlı narahatedici siqnallar artır. ABŞ-dan sonra Çin də vətəndaşlarına İrandan təcili çıxmaq çağırışı edib. Böyük dövlətlərin eyni vaxtda bu addımı atması regionda mümkün hərbi əməliyyat ehtimallarını gücləndirir.

Ummanda keçiriləcək kritik zirvə ərəfəsində İranla bağlı narahatedici siqnallar artır.

Yaxın Şərqdə gərginlik yeni mərhələyə daxil olur. Ummanda planlaşdırılan kritik diplomatik görüşlər ərəfəsində ABŞ-ın “İranı dərhal tərk edin” çağırışından sonra bu dəfə Çindən diqqətçəkən addım gəlib. Pekin rəsmiləri İranda olan Çin vətəndaşlarına ölkəni təcili şəkildə tərk etmələri barədə xəbərdarlıq edib.

Adətən ehtiyatlı və balanslı diplomatik dili ilə seçilən Çinin belə sərt çağırış etməsi beynəlxalq müşahidəçilər tərəfindən ciddi təhlükəsizlik riski kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, bu addım bölgədəki kəşfiyyat məlumatlarının yüksək risk ehtiva etdiyini göstərir.

ABŞ Dövlət Departamenti və Tehrandakı ABŞ diplomatik nümayəndəlikləri də vətəndaşlarına ünvanlanan açıqlamada “hökumət dəstəyinə güvənmədən öz çıxış planınızı qurun və dərhal ölkəni tərk edin” çağırışı edib. ABŞ Prezidenti Donald Trampın daha əvvəl açıqladığı və “nəhəng armada” kimi təqdim edilən hərbi donanmanın artıq Fars körfəzinə çatması gərginliyi daha da artırıb.

Hərbi ekspertlərin xarici mediaya verdiyi şərhlərə görə, mövcud vəziyyətdə İran ətrafında mümkün hərbi qarşıdurma ehtimalı 75 faiz səviyyəsində qiymətləndirilir. Xüsusilə ABŞ və Çin kimi iki böyük gücün eyni vaxtda vətəndaşlarını geri çəkməsi “diplomatik mərhələnin sona çatdığı” kimi şərh olunur.

Ummanda keçiriləcək görüşlərin nəticəsi hələlik qeyri-müəyyəndir. Lakin bölgədə müşahidə olunan diplomatik və hərbi hərəkətlilik İran ətrafında böyük bir əməliyyat ehtimalını gündəmdə saxlayır. Beynəlxalq ictimaiyyət isə regionda baş verə biləcək mümkün eskalasiyanı narahatlıqla izləyir.