Ana Səhifə Axtarış Qalereya Video Müəlliflər
Kateqoriyalar
Xidmətlər
WhatsApp
Sosial Media
Tətbiqimizi Yükləyin

ABŞ-də böyük qalmaqala çevrilən Epstein olayı nədir?

Jeffrey Epstein adı illərdir ABŞ-də siyasət, maliyyə və elit çevrələri sarsıdan ən böyük qalmaqallardan biri kimi gündəmdədir. Uşaq istismarı, gizli əlaqələr və şübhəli ölüm bu işi qlobal müzakirə mövzusuna çevirib.

Jeffrey Epstein adı illərdir ABŞ-də siyasət, maliyyə və elit çevrələri

ABŞ-də “Epstein olayı” kimi tanınan qalmaqal, milyarder maliyyəçi Jeffrey Epsteinin azyaşlılara qarşı cinsi istismar və insan alveri ittihamları ilə üzə çıxıb. Epstein uzun illər yüksək cəmiyyətə yaxınlığı, siyasi və biznes elitası ilə əlaqələri ilə tanınıb.

İttihamlara görə, Epstein və onun ətrafında formalaşan şəbəkə azyaşlı qızları müxtəlif bəhanələrlə öz mülklərinə cəlb edib və onları güclü şəxslərə təqdim edib. Hadisə yalnız fərdi cinayət işi kimi deyil, eyni zamanda sistemli istismar mexanizmi kimi qiymətləndirilib.

2008-ci ildə Epstein oxşar ittihamlarla mühakimə olunsa da, cəmi bir neçə ay həbsdə qalması ictimai qəzəbə səbəb olub. 2019-cu ildə iş yenidən gündəmə gəlib və Epstein federal həbsxanada saxlanılarkən rəsmi açıqlamaya görə intihar edib. Lakin bu ölüm ətrafında yaranan suallar və ziddiyyətli detallar saysız-hesabsız konspirasiya nəzəriyyələrinin ortaya çıxmasına səbəb olub.

Epsteinin ölümündən sonra da qalmaqal səngiməyib. Onun əlaqədə olduğu iddia edilən siyasətçilər, iş adamları və ictimai fiqurlar hələ də müzakirə mövzusudur. Bir çox sənədin məxfi saxlanılması isə cəmiyyətdə “həqiqətlər gizlədilir” fikrini gücləndirib.

Bu gün Epstein olayı ABŞ tarixində ən qaranlıq və etimadı sarsıdan cinayət qalmaqallarından biri kimi dəyərləndirilir və hələ də tam olaraq bağlanmış hesab edilmir.